Uruqvaylı hücumçu Luis Suares ABŞ-nin “İnter Mayami” futbol klubu ilə bir illik razılaşmaya imza atıb.
Bu barədə klub sosial şəbəkə hesablarında məlumat verib.
ABŞ klubu Luis Suaresi komandaya qatdığını rəsmən açıqlayıb.
“Mayami xəyalına xoş gəldin, Luis Suarez!”, - deyə klub paylaşımında qeyd edib.
Xatırladaq ki, Luis Suares ulduz futbolçu Lionel Messi ilə eyni komandada oynayacaq.
16:29
Uruqvaylı hücumçu Luis Suares ABŞ-nin “İnter Mayami” futbol klubu ilə bir illik razılaşmaya imza atacaq.
Bu barədə insayder Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Müqavilə bir ay əvvəl əldə edilmiş şifahi razılaşmadan sonra artıq imzalamaya hazırdır”, - F.Romano yazıb.
İnsayder əlavə edib ki, müqaviləyə görə, futbolçuya növbəti mövsümdə azad seçim hüququ da verilib.
🚨🇺🇾 Luís Suárez to Inter Miami, all set to be sealed and announced — here we go!
— Fabrizio Romano (@FabrizioRomano) December 22, 2023
Contract ready after verbal agreement reached one month ago — one-year deal for Suárez.
Deal will also include an option for further season.
Messi and Suárez, together again. 👚🔫 pic.twitter.com/Vf9ytZNlJP