“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsüm başa çatdıqdan sonra İngiltərə klubunu tərk etdiyini açıqlayıb.
Məlumata görə, almanın ardınca Mersisayd komandasını birdən-birə üç aparıcı futbolçu tərk edə bilər.
Söhbət müdafiəçilər Vircil van Deyk və Trent Aleksander-Arnold, eləcə də hücumçu Məhəmməd Salahdan gedir. Futbolçuların müqavilələri 2025-ci ildə başa çatır.
Bildirilir ki, baş məşqçi gedəndən sonra hər üçü istədiyi vaxt müqaviləni yeniləməkdən imtina edə və klubu tərk edə bilər.
Mənbə: championat.com