"Formula-1"in yarış direktoru Nils Vittix vəzifəsindən azad edilib.
Oxu.Az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis FIA-nın təşəbbüsü ilə postundan kənarlaşdırılıb.
Onu bu postda gənc sürücülərin F2 və F3 seriyalarında analoji vəzifəni icra edən Ruy Markeş əvəzləyəcək.
Qeyd edək ki, N.Vittix 2022-ci ildən "Formula-1"in yarış direktoru vəzifəsini icra edirdi.
Rəylər