“Formula 1” üzrə dünya çempionatında “Bakı sindromu” qırılıb.
“Report”un məlumatına görə, “Red Bull” komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisində finişə birinci çatmaqla, hər il fərqli qalibin çıxması ənənəsinə son qoyub.
Meksikalı sürücü 2021-ci ildə olduğu kimi, bu dəfə də Bakı trekində hamıdan sürətli olub.
Həmçinin, Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Lüis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) Azərbaycan Qran-prilərinin qalibi olublar.
“Red Bull” komandası dördüncü dəfə pilotunun Bakı trekində birinci olmasına sevinib. Digər üç yarışda “Mercedes”in sürücüsü finişə birinci çatıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisində “Red Bull”un digər pilotu Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lekler isə üçüncü yeri tutub.
Rəylər