Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib.
"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub.
32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. Lakin O.Əliyev bu dəfə avtoqol müəllifi olub. 73-cü dəqiqədə Kahim Parris "bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov vurduğu qolla qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" isə "Turan Tovuz"la (1:1) heç-heçə edib.
Azərbaycan Premyer Liqasında "Səbail" "Turan Tovuz"la qarşılaşıb.
"Report" xəbər verir ki, "ASCO Arena"da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilas ola biliblər. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.
Turnir cədvəlində "Turan Tovuz" 26 xalla üçüncü, "Səbail" 8 xalla doqquzuncu sırada qərarlaşıb.
Bu gün Azərbaycan Premyer Liqasında XIII turunun ikinci oyun günündə "Səbail" - "Turan Tovuz"u, "Sabah" isə "Kəpəz"i qəbul edəcək.
Oxu.Az xəbər verir ki, "Səbail" "Turan Tovuz"la saat 17:00-da, "Sabah" isə "Kəpəz"lə saat 19:30-da qarşılaşacaq.
Xatırladaq ki, XIII turun start oyununda "Neftçi" "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.
XIII tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. "Araz-Naxçıvan" "Sumqayıt"la, "Qarabağ" isə "Zirə" ilə üz-üzə gələcək.
Rəylər