Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ekvador millisinin 22 yaşlı futbolçusu vəfat edib
Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo 22 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.
Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.
Anqulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.
Qeyd edək ki, M.Anqulo Ekvador millisində iki oyun keçirmişdi.
Rəylər