Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Oxu.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
17:36
Cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Oxu.Az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.
Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq.
İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.