Futbol üzrə Almaniya Bundesliqasının 34-cü turunda "Bayer 04" evdə "Auqsburq"u qəbul edib.
Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 90 xalı olan "Bayer 04" Almaniya Bundesliqasının lideridir və komanda 51 oyundur ki məğlub olmur.