Azərbaycanın qadın güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında bu gün iki medal qazanıblar.
Oxu.Az xəbər verir ki, Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə mükafatçılar müəyyənləşəcək.