Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Olimpiadada növbəti medalını qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az-ın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində yer alan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
"Report"un məlumatına görə, bu, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra bəlli olub.
Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər