Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıblar - 2:0.
Görüşdə hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur etməklə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.
Xatırladaq ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn Almaniya və Danimarka yığmalarının görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.
Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn Almaniya və Danimarka yığmalarının görüşü başlayıb.
Rəylər