Amerika Kubokunun 1/4 final mərhələsinin ilk oyununda Argentina və Ekvador milliləri qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə sükut 35-ci dəqiqədə pozulub. Lisandro Martines argentinalıları hesabda irəli çıxarıb - 1:0. Fasilədən sonra bir qədər toparlanan Ekvador seçməsi bərabərlik qolunu vurmağı bacarıb. Kevin Rodriges 90+1-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən qalibin adına penalti seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan Argenina seçməsi ilk yarlmfinalçı olub - 4:2.
Amerika Kubokunun 1/4 final mərhələsinin ilk oyununda Argentina və Ekvador milliləri qarşılaşıblar.
Qeyd edək ki, Amerika Kuboku iyul ayının 15-də başa çatacaq.
Anar Həsənov
Rəylər