Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə münaqişənin həlli üçün danışıqlara başlamaq üçün atəşkəs təklifini rədd edib.
Bu barədə Zelenski "Bloomberg"ə müsahibəsində deyib.
"Atəşkəsə gəldikdə, mən çox aydın izah etdim: biz müharibədəyik, sadəcə atəşkəs haqqında danışa bilmərik", - deyə o bildirib.
Zelenski Rusiyanın atəşkəsdən qüvvələrini toplamaq və hərbi əməliyyatları yenidən başlamaq üçün istifadə edə biləcəyini deyib.
"Buna görə də bu atəşkəs razılaşması yalnız liderlərinə etibar edilən ölkələrin iştirakı ilə aydın beynəlxalq platformada əldə edilə bilər", - deyə o davam edib.
Zelenskinin sözlərinə görə, ondan sonra nə olacağı barədə aydın plan olmadan atəşkəs elan edilməsi münaqişənin bitməsi deyil, dondurulması deməkdir.
Xatırladaq ki, Macarıstanın baş naziri iyulun 2-də (2012-ci ildən bəri ilk dəfə) Ukraynaya səfər edib. O, Zelenskiyə sülh dialoqunun başlanmasına kömək etmək üçün atəşkəs rejiminin qurulması barədə düşünməyi təklif edib.
Rəylər