Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yerdən göndərilən kamikadze zondun asteroidə çırpılma anı – FOTO/VİDEO
ABŞ-ın DART kamikadze zondu Dimorf (Dimorphos) asteroidi ilə toqquşub.
Bu barədə NASA məlumat yayıb.
Toqquşma planlı həyata keçib və Yer kürəsinin potensial təhlükəli kosmik obyektlərdən müdafiəsini sınaqdan keçirmək üçün nəzərdə tutulub.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytı hadisənin görüntülərini canlı paylaşıb.
Toqquşma sentyabrın 26-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə 27 sentyabr 03:15-də) baş verib. Zondun sürəti saatda 24 min km-ə çatıb.
DART özü 2021-ci ilin noyabrında ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasından “SpaceX”in “Falcon 9” daşıyıcı raketi ilə çıxarılıb. Missiya toqquşmadan istifadə edərək planeti asteroiddən xilas etmək imkanlarını qiymətləndirmək üçün nəzərdə tutulub. Elm adamları zərbənin asteroidin orbitini və uçuş yolunu dəyişib-dəyişdirməyəcəyi barədə dəqiq fikir əldə etməyə ümid edirlər.
Rəylər