Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəzərdə yeni adalar yaranıb
Su səviyyəsinin düşməsi nəticəsində Xəzər dənizində yeni adalar aşkar edilib. Dağıstan alimləri yeni ərazilərdə bitkilər və quşlar müşahidə ediblər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Xəzər dənizinin səviyyəsinin düşməsi səbəbindən xüsusi mühafizə olunan ərazilərdə və onlara bitişik akvatoriyalarda böyük dəyişikliklər qeydə alınıb. Aqraxan körfəzi, demək olar ki, mövcudluğunu dayandırıb, ondan yalnız şimal hissədə dayaz sular qalıb. Çeçen adası və onun cənubunda yerləşən adalar Aqraxan yarımadası ilə birləşib. Xəzərin şimal-qərb hissəsində yeni adalar əmələ gəlib ki, burada qamış və yulğun kolları, qağayı koloniyaları yaranır. Alimlərımiz yeni adalarda flora və faunanın formalaşması proseslərini müşahidə etmək üçün unikal imkan əldə ediblər", - deyə "Dağıstan" Dövlət Təbiət Biosfer Qoruğunun (Rusiya) direktoru Kurban Kuniyev məlumat verib.
Onun sözlərinə görə, dənizdə su səviyyəsinin azalması səbəbindən "Kizlyar körfəzi" sahəsi də, demək olar ki, dəniz akvatoriyasını tamamilə itirib.
"Hazırda o, dövri olaraq dəniz suyunun basdığı bataqlıq və bataqlıqətrafı çəmənliklərdən ibarətdir", - deyə Kuniyev əlavə edib.
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Xəzər dənizi fəlakət astanasında: "Prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir"
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir
- UNEP-in icraçı direktoru: "Turizm iqlim dəyişikliyinin qurbanıdır"
- COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
- COP29 ərəfəsində Xəzərdə "əjdaha"ların yarışı olub: "Yalnız siyasətçilər olmaz"
Rəylər