Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə parlamenti İsveçin NATO-ya qəbulunu təsdiqləyib
Türkiyə parlamenti aylarla davam edən müzakirələrdən sonra İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Məlumata görə, İsveçin NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib. Səsvermədə 346 deputat iştirak edib. Onların 287-si lehinə, 55-i isə əleyhinə səs verib.
İndi İsveçin NATO yolundakı yeganə maneə Macarıstandır. Budapeştin də yaxın günlərdə analoji qərarı qəbul edəcəyi gözlənilir.
Mənbə: TRT Haber
"İsveç" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər