İranın Əhvaz şəhərindəki Şeyban həbsxanasının 8-ci bölməsində məhbuslar mövcud şəraitə kütləvi olaraq etiraz ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, məhbusların kütləvi etirazı həbsxana işçiləri ilə qarşıdurmaya səbəb olub.
Qarşıdurma əsnasında həbsxana rəisi Xosrov Torfi də yaralanıb.
Rəylər