Rusiyada daha bir məktəbli çəkic və bıçaqla sinif yoldaşlarına hücum edib, nəticədə ən azı üç şagird yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, bu dəfə hadisə İrkutsk vilayətinin Balaqansk şəhərində məktəbdə tənəffüs zamanı baş verib.
"Şagirdlər bədən tərbiyəsi dərsinə hazırlaşırdılar. Soyunma otağında məktəblilərdən biri bıçaq və çəkiclə sinif yoldaşlarına hücum edib. İlkin məlumata görə, üç nəfər xəsarət alıb", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, bədən tərbiyəsi müəllimi 13 yaşlı şagirdi saxlaya bilib. Polis əməkdaşları məktəbli ilə söhbət aparır, hərəkətin motivlərini müəyyənləşdirirlər.
Hadisə ilə bağlı "qətlə cəhd" və "səhlənkarlıq" maddələri üzrə cinayət işi açılıb.
Xatırladaq ki, bir həftə əvvəl - sentyabrın 16-da Çelyabinskdə 13 yaşlı oğlan sinif yoldaşlarına çəkiclə, bıçaqla və pnevmatik tapança ilə hücum edib. Nəticədə biologiya müəlliməsi də daxil olmaqla dörd nəfər xəsarət alıb. Məktəblinin özü psixiatriya xəstəxanasına yerləşdirilib.
Rusiyada daha bir məktəbli çəkic və bıçaqla sinif yoldaşlarına hücum edib, nəticədə ən azı üç şagird yaralanıb.
Rəylər