Londonun cənub-şərqindəki zəngin Dulviç şəhərciyinin sakinləri qarğaların hücumuna görə qorxu içində yaşayırlar.
Balalarını həddən artıq qoruyan quşlar Taunli Roud küçəsində yoldan keçənlərə hücum edirlər. Keçən ildən bəri, demək olar ki, on belə hal qeydə alınıb, zərərçəkmişlərin əksəriyyəti isə keçəl kişi olub.
Mütəxəssislər izah edirlər ki, qarğalar üçün yuvalama mövsümü hər il yaz və yayın əvvəli arasında baş verir - bu müddət ərzində onlar öz balalarını potensial təhlükələrdən qoruyaraq aqressivləşə bilərlər. Tədqiqatlar göstərib ki, qarğalar insan üzlərini tanıya və hətta hücum üçün xüsusi hədəflər seçə bilirlər.
Dulviç sakinləri assosiasiyasının sədri Brict Furst, keçən həftə qorxuya düşmüş insanların bir sıra şikayətlərindən sonra hadisə yerinə gedib və hücumlardan birinə özü də şahid olub.
O, yerli sakinlərə yeməklə küçədə gəzməməyi və özlərini qorumaq üçün çətir götürməyi tövsiyə edib.
Yeri gəlmişkən, Dulviç bölgəsi Britaniya paytaxtının ən prestijli bölgələrindən biri hesab olunur. Burada Hollivud ulduzu Tom Kruz, BBC-nin keçmiş müxbiri Hyu Edvards və keçmiş baş nazir Marqaret Tetçer yaşayıblar.
Mənbə: Express