ABŞ Müdafiə Nazirliyi Avropada nüvə partlayışının nəticələrini modelləşdirmək istəyir. Pentaqon nüvə silahının kənd təsərrüfatı sektoruna təsiri sahəsində tədqiqatlar üçün müqavilə bağlamağı planlaşdırır.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Podratçıdan proqram təminatından (PT) istifadə edərək tədqiqatlar aparması və modelləşdirmənin coğrafi əhatə dairəsini genişləndirməsi tələb olunur. Pentaqon işlərin Şərqi Avropa ölkələrini əhatə etməsini istəyir. Bundan əlavə, Şərqi Avropadan və Rusiyanın qərb hissəsindən kənar regionlar üçün PT-nin yenilənməsi lazımdır.
Müqavilənin dəyəri 34 milyon dollardır. ABŞ Ordusunun Mühəndis Korpusu bir şirkətlə eksklüziv müqavilə bağlamağı planlaşdırır.
Rəylər