Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan Xarici İşlər Nazirliyi arasında gərginlik yaşanır.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan "Past" nəşri məlumat yayıb.
Gərginliyə səbəb Nikol Paşinyanın büdcədən Ermənistan XİN-ə ayrılan maliyyənin həcmini azaltmasıdır.
Nəşr iddia edir ki, N.Paşinyan Ermənistan Xarici İşlər Nazirliyində xidməti avtomobilləri 70-90 faizə qədər azaltmaq barədə göstəriş verib.
Göstərişdən dərhal sonra Ararat Mirzoyan xarici qonaqların qəbulu zamanı avtomobil çatışmazlığından şikayət edib. N.Paşinyan isə ona cavabında problemdən çıxış yolun kimi avtomobil icarəyə götürməyi tövsiyə edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər