Dörd girov Paris yaxınlığındakı restorandan azad edilib və onları hədələyən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, girovlardan heç biri xəsarət almayıb. Onları saxlayan şəxslə danışıqlar təxminən iki saat davam edib. Əmıliyyat zamanı polis odlu silahdan istifadə etməyib.
Fransa paytaxtı Parisin İssi-le-Mulino rayonunda restoranın sahibi bir neçə əməkdaşı girov götürüb.
Bu barədə Oxu.Az BFMTV kanalına istinadən xəbər verir.
Məlumata görə, restoran sahibi məkanda barrikada qurub. Hadisə yeri polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Həmçinin, xilasedicilər qrupu da hadisə yerindədir.
İlkin məlumatlara görə, dörd əməkdaş girov götürülüb.
Rəylər