Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Papua-Yeni Qvineyada kütləvi qətliam: Qadınlara təcavüz edib, uşaqları maçete ilə doğradılar
Keçən həftə Papua-Yeni Qvineyada bir qrup gəncin üç kəndə hücumu nəticəsində 16-sı uşaq olmaqla ən azı 26 adam öldürülüb.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, kəndlilərin evləri yandırılıb və çox sayda insan itkin düşüb.
Anqoram polis bölməsinin komandiri, müfəttiş Piter Mandi jurnalistlərə bildirib ki, təsdiqlənməmiş məlumata görə bir neçə qadın və qız təcavüzə məruz qaldıqdan sonra öldürülüblər.
O qeyd edib ki, zorlama və qətliamları 30-dan çox gəncdən ibarət qrup həyata keçirib.
"Keçən çərşənbə günü, iyulun 17-də tapança, maçete və məftil qarmaqlarla silahlanmış qrup Anqrumara kəndinə hücum edib, evləri yandırıb, yaşlı kişi və 5 yaşlı uşağı qətlə yetirib... Səhərisi gün onlar Tambari kəndinə hücum edib, qadınları və gənc qızları zorladıqdan sonra onları maçete ilə doğrayıblar. Körpə uşaqlar da maçete ilə doğranılıb", - deyə Mandi bildirib.
Onun sözlərinə görə, Anqrumarada 3, Tambaridə 23, o cümlədən 16 uşaq ölüb, qaçan sakinlər isə hələ də itkin düşmüş hesab olunurlar.
Rəylər