Papua-Yeni Qvineyanın şimalındakı Kaokalam kəndində torpaq sürüşməsi 300-dən çox insanın həyatına son qoyub.
Bu barədə yerli mediada xəbər verilib.
Bildirilir ki, təbii fəlakət nəticəsində 1182 ev yerlə bir olub.
Hadisə nəticəsində magistral yola çıxış bağlanıb, əraziyə çatmağın yeganə yolu helikopterlər olub.
Əyalət sakinləri sosial şəbəkələrdə sürüşmənin nəticələrini əks etdirən görüntülər dərc edirlər.
Qeyd edək ki, torpaq sürüşməsi mayın 24-də yerli vaxtla saat 3:00 radələrində baş verib.
Papua-Yeni Qvineyanın şimalındakı Kaokalam kəndində torpaq sürüşməsi 300-dən çox insanın həyatına son qoyub.
Mənbə: Papua New Guinea Post Courier