Özbəkistanda müəllim dərs zamanı şagirdə qarşı fiziki zorakılıq edib.
Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Daşkəndin Çilanzar rayonunda baş verib.
Belə ki, rus dili dərsi zamanı müəllim ona kobud cavab qaytaran şagirdin qulağından tutaraq onu lövhənin qarşısına çıxarıb və məktəblini bir neçə dəfə vurub.
Hadisə anbaan sinif otağının təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Hadisə Özbəkistan mətbuatında geniş müzakirələrə səbəb olub.
İnsident zamanı tələbə xəsarət almayıb, onun səhhəti yaxşıdır.
Artıq şagirdin valideynləri müəllimin hərəkəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.
Rəylər