Məşhur türkiyəli sənətçi İbrahim Tatlıses iyulun 11-də verdiyi konsertdə pərəstişkarlarından halallıq istədikdən sonra ürəyindən əməliyyat olunub.
Təxminən 2.5 saat davam edən əməliyyatdan sonra evə buraxılan sənətçi silahlı hücum və yol-nəqliyyat hadisəsi nəticəsində yenidən ölümdən dönüb.
Tatlısesin həkimi, kardioloq Mehmet Vefik Yazıcıoğlu əməliyyat günü baş verənlərdən danışıb.
"Çətin əməliyyat idi, hər iki damar da bağlanmışdı. Sanki qarşımızda iki Əzrayıl var idi", - deyə o bildirib.
Bu barədə Oxu.Az NTV.com.tr.-yə istinadən yazır.
Yazıcıoğlu Tatlısesin bu ağır əməliyyatdan 4 saat sonra otağına getdiyini, lahmacun yediyini, 4 gün sonra evə buraxıldığını və bir həftə sonra da Bodrumda konsert verdiyini xatırladıb.
Onun sözlərinə görə, əməliyyat zamanı digər həkimlərlə birlikdə İbrahim Tatlısesin mahnılarını oxuyublar.
"Əməliyyat zamanı cərrah dostlarımızla birlikdə Tatlısesin mahnılarını oxuduq. Oyandığı zaman "Mavi-mavi" mahnısını oxuduq. Mükəmməl nəticə əldə etdikdən sonra alqışlamağa başladıq. Çöldə bizi izləyən yaxınları da alqışlamağa başladılar. Özünə gələndə, əməliyyatın yaxşı keçdiyini dediyimiz zaman ağlamağa başladı. İlk söylədiyi söz isə "ailəm" oldu. Bir saat reanimasiyada saxladıq. Dörd saat sonra otağına getdim və lahmacun yediyini gördüm. Məni də dəvət etdi. Birlikdə lahmacun yedik", - deyə Mehmet Vefik Yazıcıoğlu qeyd edib.
Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci ildə İstanbulda başından vurulub, 2022-ci ildə Bodrumda baş verən yol-nəqliyyat hadisəsində ölümdən dönüb. İndi də çətin əməliyyatdan cəmi bir həftə sonra Bodrumda konsert verərək pərəstişkarları ilə görüşüb.
Rəylər