Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses və 23 il sonra qəbul etdiyi qızı Dilan Çıtak arasında kirayə haqqı üstündə mübahisə yaranıb.
D.Çıtak ürək qapağındakı narahatlıq səbəbi ilə bu günlərdə əməliyyat olunan ifaçının xəstəxanada yanına getməyib.
Hər şeyin isə kirayə haqqının ödənişi üstündə baş verdiyi bildirilir. Belə ki, İ.Tatlıses münaqişə yaranmazdan qabaq qızına Bodrumdakı evdə qalmasına icazə verib.
Lakin D.Çıtaka gələn telefon zəngindən sonra tərəflər arasında mübahisə yaranıb. Sənətkarın köməkçisi ona zəng edərək "ya kirayə haqqını ödəyəcəksiniz, ya da evdən çıxacaqsınız" deyib.
Bundan sonra D.Çıtak atasının yanına gedib və orada mübahisə yaranıb. İ.Tatlısesin polisdən kömək istədiyinə dair iddialar da var.
Mənbə: CNN Türk
Rəylər