Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Netflix"in Paris və Amsterdam ofislərində axtarış aparılıb
Vergilərdən yayınma işi ilə əlaqədar "Netflix" striminq xidmətinin Paris və Amsterdam ofislərində axtarış aparılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fransanın "Le Parisen" qəzeti məhkəmə mənbəyinə istinadən məlumat yayıb.
Axtarışlar Milli Maliyyə Prokurorluğu və Korrupsiyaya qarşı Mübarizə üzrə Mərkəzi İdarənin müstəntiqləri tərəfindən aparılıb. Həmçinin məlum olub ki, iki il əvvəl prokurorluq vergi fırıldaqçılığı və çirkli pulların yuyulması ilə bağlı ilkin istintaqa başlayıb. İstintaq şirkətin Fransadakı baş ofislərinə yönəlib.
"Biz dünya üzrə fəaliyyət göstərdiyimiz bütün ölkələrin vergi qaydalarına riayət edirik", - qəzet "Netflix" nümayəndəsinin 2023-cü ilin yayında, Fransada vergi yoxlaması barədə məlumatlar ortaya çıxdıqdan sonra söylədiyi sözləri sitat gətirib.
"Netflix" teqi üzrə xəbərlər
- Taysonun Ceyk Polla döyüşünə baxış sayı rekord vurdu
- İanəyə etiraz: Abunəçilər "Netflix"i kütləvi surətdə tərk edirlər
- "Formula-1" Azərbaycan Qran-prisi rekordlarla yadda qaldı
- Demokratların ən böyük sponsoru Baydenin "yarışdan" çıxmağını istəyir
- "Peaky Blinders" serialı əsasında yeni film çəkilir: Kilian Mörfi yenidən Tomas Şelbi obrazında
Rəylər