Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Demokratların ən böyük sponsoru Baydenin "yarışdan" çıxmağını istəyir
Demokratlar Partiyasının ən böyük donorlarından biri, "Netflix"in baş direktoru Rid Hastinqs ABŞ Prezidenti Co Baydeni namizədlik yarışından geri çəkilməyə çağırıb.
"Dinamik bir demokrat liderin Trampı (ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp) məğlub etməsinə və bizim təhlükəsizlik və firavanlığımızı təmin etmək üçün Bayden kənara çəkilməlidir.
"Axios" Demokratlar Partiyasındakı mənbəyə istinadən yazır ki, böyük iş adamları Konqres seçkisində demokratlara dəstəyi artırmağı planlaşdırır. Bu, Baydenin seçki kampaniyası üçün maliyyəni azaldacaq, lakin o qalib gələrsə, Trampa mane olacaq.
Mənbə: RBC
Rəylər