Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Iltalehti" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.
Yaradılan bölmə həm də FLF (İrəli Quru Qoşunları) kimi tanınır.
Avqustun 21-də bildirilib ki, Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeritməsi barədə danışıqlar aparılır.
Rəylər