Sentyabrın 10-na keçən gecə Rusiyanın doqquz bölgəsi Ukrayna dronlarının genişmiqyaslı hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 144 dronun vurulduğunu bildirir. Dronlardan biri Moskva ətrafındakı Ramenskidə çoxmərtəbəli binaya çırpılıb, bir qadın həlak olub.
Oxu.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu, ən genişmiqyaslı Ukrayna hücumlarından biridir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, burada gecə ərzində 72 pilotsuz uçuş aparatı vurulub. Həmçinin Moskva vilayəti ərazisində 20, Kursk vilayətində 14, Tula vilayətində 13, Belqorod vilayəti ərazisində 8, Kaluqa vilayəti ərazisində 7 dron vurulub. Voronej, Lipetsk və Oryol vilayətlərinin ərazisində də bir neçə dron vurulub.
Moskva ətrafındakı Ramenskidə dronlardan biri Sportivnıy prospektində çoxmərtəbəli binaya düşüb, nəticədə 11-12-ci mərtəbələrdə bir neçə mənzildə yanğın baş verib.
Ukrayna tərəfi isə dronların kütləvi hücumu barədə məlumatları şərh etmir.
Sentyabrın 10-na keçən gecə Ramenskidə (Rusiya) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 46 yaşlı qadın həlak olub, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz "Telegram" kanalında məlumat verib.
Bundan əlavə, Domodedovo, Podolsk və Lyuberetsk rayonları da dron hücumuna məruz qalıb.
Moskva meri Sergey Sobyaninin məlumatına görə, ümumilikdə 12 pilotsuz uçuş aparatı vurulub. Ramenskidə hücum nəticəsində çoxmənzilli binalar zərər çəkib, Sportivni küçəsində çoxmərtəbəli yaşayış binasının mənzillərində yanğınlar baş verib. Xilasetmə xidmətləri yanğınları operativ şəkildə söndürüblər. İlkin məlumata görə, binanın 11-ci və 12-ci mərtəbələrindəki mənzillər yanıb.
Təhlükəsizliyi təmin etmək üçün 43 nəfər müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib və onlar üçün isti yemək təşkil edilib.
Hadisə ilə əlaqədar Moskva regionunun üç hava limanında - Vnukovo, Domodedovo və Jukovskidə mülki hava gəmilərinin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rosaviasiya sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.
Moskvaya genişmiqyaslı hücum: Onlarla PUA vuruldu, ölən var
Rəylər