Moldovada protokolların 75 faizi sayılandan sonra prezident seçkisinin taleyinin ikinci turda həll olunacağı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Son məlumatlara görə, Maya Sandu səslərin 36.7%-ni, onu əsas rəqibi Aleksandr Stoyanoqlo isə 29.1%-ni toplayıb.
Mərkəzi Seçki Komissiyası Moldovada prezident seçkisinin ikinci turunun noyabrın 3-də keçiriləcəyini açıqlayıb.