Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikoplazma pnevmoniyasından qorunma üsulları açıqlanıb
Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması mikoplazma pnevmoniyasına yoluxma riskini azaltmağa kömək edə bilər.
Oxu.Az bu barədə "Moskva 24"ə istinadən xəbər verir.
Rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib ki, mikoplazma pnevmoniyasına həm böyüklər, həm də uşaqlar yoluxa bilərlər.
"Simptomlar, əsasən, kəskin respirator virus infeksiyalarına (KRVİ) bənzəyir: yüngül hərarət, öskürək, ümumi zəiflik. Daha ağır hallarda isə təngnəfəslik, dərinin göyərməsi, daha güclü zəiflik və yüksək hərarət müşahidə edilə bilər", - deyə ekspert qeyd edib.
İmmunoloq vurğulayıb ki, mikoplazma pnevmoniyasından qoruyan peyvənd mövcud deyil. Lakin ümumi ehtiyat tədbirlərinə əməl etməklə yoluxma riskini azaltmaq mümkündür.
"Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması - bütün bu tədbirlər birlikdə effektiv işləyir. Bu yolla öz riskinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Yoluxma halları artdıqda isə yayılmanın qarşısını almaq üçün yerli karantin tədbirləri tətbiq olunur", - deyə o əlavə edib.
"Kəskin respirator virus infeksiyaları (KRVİ)" teqi üzrə xəbərlər
- Ailədə bir nəfər qripə yoluxubsa, digərlərini virusdan necə qorumaq olar? - Mütəxəssisdən tövsiyə
- Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB
- Qapı tutacaqlarından uzaq dursunlar: Uşaqlar arasında yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
- Alimlərin qorxulu açıqlaması: Antibiotiklər təsirini itirir, 40 milyon adam ölə bilər
- Öskürəyin müalicəsi zamanı nələri etmək olmaz? - Həkim əsas səhvləri açıqladı
Rəylər