"Meta" şirkəti özünə məxsus olan sosial şəbəkələrdə İranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə aid şəkillər və istinadlar olan paylaşımları silməyə başlayıb.
Bu barədə Oxu.Az "Yeni Şafak" "Telegram" kanalına istinadən bildirir.
Məlumata görə, İsmayıl Haniyənin ölümü ilə bağlı yayımlanan başsağlığı mesajları da "Facebook" platformasında bloklanır.
Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, oxşar vəziyyət əksər xəbər saytlarında da baş verir.
Rəylər