Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Makron: "Durovun Fransaya gəlişindən qətiyyən xəbərim olmayıb"
Fransa prezidenti Emmanuel Makron "Telegram"ın qurucusu Pavel Durovun Parisə gəlmək planından xəbəri olmadığını bildirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, E.Makron bu barədə serbiyalı həmkarı Aleksandar Vuçiçlə birgə iştirak etdiyi mətbuat konfransında bildirib.
"Cənab Durovun Fransaya gəlişindən qətiyyən xəbərim yox idi. Mənim tərəfimdən hər hansı bir dəvətin olması barədə məlumat da yalandır. Mən cənab Durovla nə ötən həftənin sonunda, nə də yaxın günlərdə görüşmək niyyətində deyildim", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 28-də Fransada "Telegram"ın yaradıcısı Pavel Durovun məhkəməyə gəlmək üçün polis nəzarətindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, P.Durov qeyri-qanuni kontentlə bağlı araşdırmalarda hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyinə görə saxlanılıb.
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?
- Fransa Durova qarşı 20 ildir istifadə olunmayan qanunu tətbiq edib
Rəylər