Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lukaşenko: "Belarus müharibəyə hazırlaşmalıdır"
"Belarus öz müdafiə qabiliyyətini daha da gücləndirməli və mümkün müharibəyə hazırlaşmalıdır".
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, bunu Respublika Prezidenti Aleksandr Lukaşenko Obuz-Lesnovski hərbi poliqonunda keçirilən müşavirədə bildirib.
"Köhnə düstur: Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bir daha vurğulamaq istəyirəm ki, biz döyüşmək fikrində deyilik, döyüşmək istəmirik... Rəqiblərimizin hamısı bunu dinləyirlər, amma öz işlərini görürlər, bizə qarşı hazırlaşırlar. Buna görə də döyüşə hazırlaşmaq lazımdır. Kaş ki, bu müharibə olmasın", - deyə dövlət başçısı bildirib.
Eyni zamanda, o qeyd edib ki, vəziyyət gərgin olaraq qalsa da, Belarus hakimiyyəti indiyədək "ölkəyə qarşı müharibəyə başlamaq meyllərini" müşahidə etməyib.
Lukaşenko həmçinin bildirib ki, Ukraynada və dünyanın digər yerlərində baş verən münaqişələr fonunda Belarus artıq son illər ərzində orduda dörd dəfə islahatlar keçirib.
"Aleksandr Lukaşenko" teqi üzrə xəbərlər
- Lukaşenko: "Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirir"
- Prezident İlham Əliyev Belarus Prezidenti ilə görüşüb
- 80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər
- Liderlərin BRICS çərçivəsində qeyri-rəsmi görüşü olub
- Lukaşenko növbəti prezident seçkisində iştirak edəcəyini bəyan edib
Rəylər