İsrail Birləşmiş Millət Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığa son verib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin BMT-də daimi nümayəndəsi Denni Danon məlumat verib.
O qeyd edib ki, BMT-nin sözügedən təşkilatı HƏMAS-ın təsiri altına düşüb.
"İsrail dövləti humanitar qurumlarla əməkdaşlığı davam etdirəcək, ancaq bizə qarşı yönəlmiş təşkilatlarla deyil", - deyə D.Danon vurğulayıb.
Rəylər