Ötən gecə İraqın Kərbəla şəhərində İranın dəstək verdiyi "Həşd Şəəbi" proksi qruplaşmasının üzvləri ilə İraq ordusunun qüvvələri arasında silahlı toqquşmalar baş verib.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qarşıdurmada hər iki tərəf yüngül silahlardan atəş açıb.
Qeyd edək ki, hələlik silahlı toqquşmanın səbəbi bəlli deyil.
Rəylər