İranın Həmədan-Savə magistralında zəvvarları daşıyan avtobus aşıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Bu gün səhər saatlarında zəvvarları daşıyan avtobus Həmədan-Savə magistral yolunda aşıb. Qəza nəticəsində 28 nəfər yaralanıb", - deyə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kolivənd bildirib.
Onun sözlərinə görə, yaralılar dərhal xəstəxanaya aparılıblar.
Rəylər