"İranda seçki məntəqələri açılmamışdan əvvəl terror aktları hazırlayan cinayətkarlar saxlanılıblar".
Bu barədə İslam Respublikasının daxili işlər nazirinin (DİN) müavini Məcid Mirəhmədi məlumat verib.
"Prezident seçkisindən əvvəl terror aktları hazırlayan terrorçular ölkəyə daxil olublar, onlar hərbi qulluqçular tərəfindən saxlanılıblar", - deyə nazir müavini bildirib.
DİN-in rəis müavini aydınlaşdırıb ki, cinayətkarlar dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.
İranın DİN rəhbəri Əhməd Vahidi qeyd edib ki, seçki məntəqələrində asayiş hüquq-mühafizə orqanının 180 min əməkdaşı tərəfindən qorunur.
Mənbə: İRİB
Rəylər