İranın Sistan və Bəlucistan əyalətinin Nikşəhr rayonunda yerləşən Bent şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində altı nəfər həlak olub, daha iki nəfər ağır yaralanıb.
Oxu.Az-ın İran mediasına istinadən verdiyi məlumata görə, qurbanlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Pərviz Kədxodai və şəhər şurasının sədri Yusif Şirani də var.
Hücumun təfərrüatı hələ açıqlanmır, hücum edənlərin şəxsiyyəti və motivləri məlum deyil.
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərində məktəbdə keçirilən şənlik mərasiminə silahlı hücum olub.
Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində İran ordusunun bir hərbçisi və iki yerli sakin həyatını itirib.
Digər hücum isə Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində baş verib. Belə ki, silahlı şəxslər avtomatdan polislərin olduğu avtomobili atəşə tutublar.
Hücum nəticəsində avtomobildə olan iki polis əməkdaşı həyatını itirib.
Hələlik İranın rəsmi dairələri silahlı insidenti şərh etməyib.
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərində məktəbdə keçirilən şənlik mərasiminə silahlı hücum olub.
Rəylər