İran və Ermənistan arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının bağlanış mərasimi keçirilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, mərasimdə İranın Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur və Tehranda səfərdə olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın iştirak ediblər.
Tədbirdə iki ölkə arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının 19 sahə üzrə 21 bəndlik sənədi imzalanıb.
Xatırladaq ki, iclasın açılış mərasimi fevralın 14-də baş tutub.
Rəylər