Bəzi qida və içkilər acqarına qəbul edilməməlidir.
Sağlam qidalanmanın vacibliyinə diqqət çəkən mütəxəssislər bu qənaətə gəliblər.
Belə ki, sağlam olduğunu düşünərək səhər saatlarında qəbul edilən bəzi qidalar həzm problemləri, şişkinlik və halsızlıq kimi problemlərə gətirib çıxara bilər.
Mütəxəssislər səhər yeməyi üçün proteinlə zəngin qidaların və lifli qidaların uyğun olduğunu bildirirlər.
Müntəzəm səhər yeməyi qanda şəkərin səviyyəsini tarazlaşdırmaqla yanaşı, həm də enerji mənbəyidir və diqqətin cəmlənməsi ilə bağlı problemləri aradan qaldırır.
Mütəxəssislərin açıqlamalarına görə, səhər yeməyində yaşıl çay, yulaf əzməsi, badam, qatıq, yumurta, meyvə, çia toxumu və ilıq limonlu su kimi qidalara yer verilə bilər.
Mütəxəssislərin fikrincə, qızartmalar, tərkibində rafinə edilmiş şəkər olan qidalar, qəhvə, tərkibində ədviyyatlar olan qidalar, sitrus tərkibli qidalar isə acqarına istehlak edildikdə müxtəlif problemlər yarada bilər.
Mənbə: CNN Türk