Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransada iğtişaşlar zamanı doqquz nəfər yaralanıb
Fransanın qərbindəki La-Roşel kommunasında baş verən qarşıdurma zamanı dördü polis əməkdaşı olmaqla azı doqquz nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şarent departamentinin polis prefekti Bris Blondel brifinqdə bildirib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dörd yaralı var, üçü yüngül xəsarət alıb", - deyə Blondel vurğulayıb. Nümayişçilər tərəfindən ən azı beş nəfərin yaralandığı, hamısının yüngül xəsarət aldığı bildirilib.
Lakin Blondel qeyd edib ki, yaralıların faktiki sayını təxmin etmək çətindir, çünki nümayişçilər, xüsusən də iğtişaşlarda iştirak edənlər heç də həmişə yerindəcə tibbi yardıma müraciət etmirlər.
Qeyd edək ki, Fransada suvarma hövzələrinin tikintisinə etiraz edənlər La-Roşel limanında aksiya təşkil ediblər. Nümayişlərdə 6 minə yaxın şəxs olub. Günün sonuna qədər yeddi nəfərin həbs edildiyi bildirilib.
Fransanın La Roşel kommunasında etiraz aksiyası iğtişaşlara çevrilib.
Tədbir kənd təsərrüfatı üçün suvarma hövzələrinin tikintisi və torpaqların həddindən artıq istismarı probleminə həsr olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jareld Darmanin məlumat verib.
"La Roşeldə çoxlu sayda radikal ultra-solçu elementlər "nümayişlər" çərçivəsində əmlaka hücum edib və supermarketi dağıdıblar. Beş nəfər saxlanılıb Bunun ətraf mühitin mühafizəsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir", - nazir "X" sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
Aksiya dinc xarakterli olub, lakin aqressiv vətəndaşlar polis və jandarmlara şüşə və daş atmağa başlayandan sonra nümayiş toqquşmaya çevrilib.
Rəylər