Finlandiyanın Rusiya ilə sərhədinə yaxın axan Kokkola çayına ekskursiyaya gedən Savonlinna şəhərindən olan birinci sinif şagirdləri tədbirdə iştirak etmək əvəzinə sərhədi keçiblər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, digərlərindən ayrılan beş-altı şagird meşəyə, sərhəd xəttinə qədər gedib və Rusiya tərəfinə keçib. Məktəblilər qırmızı-yaşıl sərhəd sütununun yanından keçərkən özlərini lentə alıblar.
Finlandiya sərhədçiləri məktəbliləri saxlayıblar. Adı açıqlanmayan məktəb direktorunun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.
Rəylər