Ukraynada münaqişə zonasında ABŞ-nin "F-16" qırıcısını ilk vuran rusiyalı hərbçiyə 15 milyon rubl (təxminən 289 190 manat - red.) ödəniləcək.
Oxu.Az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, mükafat Rusiyanın "FORES" şirkəti tərəfindən elan edilib.
Şirkətin direktoru İlya Potanin növbəti "F-16" və ya "F-15" təyyarələrini vuranların da mükafatlandırılacağını vurğulayıb, ancaq ən böyük mükafatı yalnız ilk qırıcını vuranın alacağını qeyd edib.
Potanin digər təyyarələr üçün ödənişlərin məbləğini açıqlamayıb.
Şirkət rəhbəri, həmçinin tankların məhv edilməsini dəstəkləyib. Qeyd olunur ki, o, yeddinci dəfədir ki, vurulmuş "Abrams" və "Leopard" tankları üçün mükafatlar təqdim edib. Hər bir tank üçün hərbçilər 500 000 rubl (təxminən 9 640 manat - red.) mükafat alıblar.
Rəylər