Qarabağın işğalı illərində qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə "vəzifə" sahibi olan Mişa Qyurcyan külli miqdarda əmlakın mənimsənilməsində şübhəli bilinərək saxlanılıb.
Bu barədə şənbə günü Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İş materiallarına görə, vətəndaşlar M.Ş. və V.S. qabaqcadan əlbir olaraq 1 milyon 935 min dram (təxminən 8 min manat) dəyərində olan "Chevrolet Lacetti" markalı avtomobili ələ keçirmək məqsədilə 2024-cü il yanvarın 12-də Ermənistan polisinin avtomobil qeydiyyat şöbəsinə yollanıblar, burada V.S. əməliyyatı tamamlamağa icazə verildiyi barədə saxta sənədlər təqdim edib. Elə həmin gün V.S. bu avtomobili M.Q.-yə bağışlamaq üçün müqavilə imzalayıb. M.Q. saxlanılıb, ona dələduzluq və sənədləri saxtalaşdırma ilə əlaqədar ittiham verilib.
"Sputnik" Ermənistan öz mənbələrinə istinadla adı çəkilən M.Q.-nin Mişa Qyurcyan olduğunu xəbər verib. İstintaq davam edir.
Qarabağın işğalı illərində qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə "vəzifə" sahibi olan Mişa Qyurcyan külli miqdarda əmlakın mənimsənilməsində şübhəli bilinərək saxlanılıb.
10:45
Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Mişa Qyurcyan gecə saatlarında saxlanılıb.
Bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.
Qyurcyan Qarabağın işğalı illərində qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə fəaliyyət göstərirdi.
Xatırladaq ki, mayın 24-də keçmiş separatçı rejimin Əsgəran qəsəbəsində funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.