Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dumada qəribə qanun layihəsi: Boşanmada 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar
Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.
Oxu.Az-ın "The Ekonomist" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.
"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.
"Rusiya Dövlət Duması" teqi üzrə xəbərlər
- Rusiya dövlət dumasının vitse-spikeri: "İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir"
- Rusiyada uşaqlar spirtli içki içdikləri üçün valideynlər cəzalandırıla bilər
- Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər
- Rusiyada icazəsiz xaricə gedən deputatların və senatorların mandatları ləğv olunacaq
- Rusiya ATƏT PA-da iştirakını dayandırıb
Rəylər