“Yuventus”un kapitanı Canluicci Buffon Çempionlar Liqasının 1/4 finalında “Real”la keçirilən cavab qarşılaşmasının son dəqiqələrində qırmızı vərəqə almasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, 40 yaşlı qapıçı matçın ingiltərəli baş hakimi Maykl Oliveri kəskin şəkildə tənqid edib:
“Mən bilirəm ki, hakim hər şeyi gördü. Bu, mübahisəli epizod idi. Ancaq oyunun 93-cü dəqiqəsində mübahisəli epizoda görə penalti təyin etməzlər. İlk hissədə isə bizim lehimizə təmiz penaltini təyin etmədi.
O bilməli idi ki, ilk oyunda hesab necə olub. İkincisi, onun müəyyən həssaslığı olmalı idi. Çünki meydanda dünyanın ən yaxşı oyunçularından bəziləri – Ronaldu, Buffon, Navas, Kyellini kimi futbolçular vardı. O, sonda iki qərar verdi və özünü qatil, bir heyvan kimi apardı.
Komanda bütün gücünü sərf etdi. Bir nəfər isə bu zəhməti yerə vurmamalıdır. O, möhtəşəm geridönüş xəyallarımızı puç etdi. Ürəyin yerində zibil vedrəsi olmamalıdır. Əgər xarakterin yoxdursa, onda meydana çıxma, həyat yoldaşın və övladlarınla tribunada oturub, “Sprayt” iç, çipsi ye. Bir komandanın xəyallarını puç etməyə haqqın yoxdur”.
Xatırladaq ki, Buffon matçın 90+3-cü dəqiqəsində hakimin onun qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə Kriştyanu Ronaldunun penalti zərbəsi ilə Madrid klubu qol vuraraq yarımfinala adlayan komanda olub.
“Yuventus”un kapitanı Canluicci Buffon Çempionlar Liqasının 1/4 finalında “Real”la keçirilən cavab qarşılaşmasının son dəqiqələrində qırmızı vərəqə almasına mün...
S.T.
www.oxu.az
Rəylər