Britaniya kral ailəsinin sevilən üzvlərindən olan şahzadə Keyt Middlton xərçəng diaqnozu qoyulduqdan sonra başladığı kimyaterapiya prosesini başa vurub.
Şahzadə bu xəbəri ailəsi ilə səmimi görüntülərin yer aldığı video ilə ictimaiyyətə açıqlayıb.
Bu barədə Oxu.Az Habertürk.com-a istinadən xəbər verir.
Təxminən 3 dəqiqə davam edən və Keytin özünün səsləndirdiyi videoda 42 yaşlı şahzadə diaqnozdan sonrakı dövrün özü və ailəsi üçün gətirdiyi çətinliklərdən danışıb. O, eyni zamanda, xərçəng diaqnozunun həyatı necə bir anda dəyişə biləcəyini də vurğulayıb.
İngiltərənin Norfolk çölündə çəkilən kadrlarda Keyt Middltonun əri, Uels Şahzadəsi Uilyam və onların üç övladı - Şahzadə Corc (11 yaş), Şahzadə Şarlotta (9 yaş) və Şahzadə Lui (6 yaş) də yer alıblar. Həmçinin videoda Şahzadə Keytin anası Kerol və atası Maykl Middlton da görünürlər.
Krallıq vəzifələrini yerinə yetirərkən qaydalara uyğun olaraq kameralar qarşısında bir-birilərinə toxunmaqdan çəkinən Şahzadə Keyt və Şahzadə Uilyam yeni videolarında ilk dəfə qucaqlaşıblar, əl-ələ veriblər və öpüşüblər.
Kral ailəsini yaxından izləyən jurnalistlər videodakı səmimi ailə kadrlarını krallığın modernləşməsi kimi şərh ediblər.
Qeyd edək ki, Keyt və Uilyam cütlüyü yalnız 2011-ci ildə evləndikləri zaman Bukingem sarayının eyvanında bir-birilərini öpərək toy fotosu çəkdirmişdilər.
Xatırladaq ki, Keyt Middltonda qarın boşluğu əməliyyatı zamanı yoğun bağırsaq xərçəngi aşkarlanmışdı və uzun zamandır bundan müalicə alırdı.

Rəylər